Bütün xəbərlər
Rusiya Federasiyası Təhlükəsizlik Şurası: Beynəlxalq Təhlükəsizlik Forumuna 155 ölkə dəvət olunub
Tarix: 28-01-2026 21:34 | Bölmə: Karusel

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidmətindən TASS-a verilən məlumata görə, ilk Beynəlxalq Təhlükəsizlik Forumuna 155 dövlət və 26 beynəlxalq təşkilat dəvət olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Forum 26-29 may tarixlərində Moskva vilayətində keçiriləcək.
Bəyanatda deyilir: "Forumda iştirak etmək üçün 155 ölkəyə və 26 beynəlxalq təşkilata dəvətnamələr göndərilir".
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Kollektiv Təhlükəsizlik Forumunun hazırlanması və keçirilməsi haqqında fərman imzalayıb. Tədbir Rusiyanın 2026-cı ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi çərçivəsində keçiriləcək.
Forum ilk dəfə keçirilir. Forumun təşkilat komitəsinin ilk iclasına Təhlükəsizlik Şurası katibinin birinci müavini Rəşid Nurqaliyev sədrlik edib. Forumun proqramına Təhlükəsizlik Məsələləri üzrə Yüksək Səviyyəli Nümayəndələrin 14-cü Beynəlxalq Görüşü, müxtəlif tematik sessiyalar (elmi konfranslar, dəyirmi masalar, brifinqlər, təqdimatlar) və ikitərəfli və çoxtərəfli görüşlər daxildir. Həmçinin silahların, xüsusi texnikanın, təhlükəsizlik sistemlərinin və qabaqcıl müdafiə sənayesi texnologiyalarının açıq hava sərgiləri keçiriləcək.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər