Bütün xəbərlər
Stalin və metallurq İvan Bardinin abidəsinin qoyulması planlaşdırılır
Tarix: 27-01-2026 19:52 | Bölmə: Karusel

Vologda vilayətində İosif Stalin və metallurq İvan Bardinin abidəsi üçün ən yaxşı ilkin layihə müsabiqəsi başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Georgi Filimonov məlumat verib.
Heykəltəraşlıq qrupunun Çerepovetsdəki Metallurgov küçəsində quraşdırılması planlaşdırılır. Təşəbbüs şəhərin Veteranlar Şurası və "Vologda vilayətinin vətənpərvərləri" ictimai təşkilatı tərəfindən irəli sürülüb.
"Çerepovetsdə ucaldılacaq Bardin və Stalinin abidəsi üçün ən yaxşı ilkin layihə üçün müraciətlər 31 yanvar tarixinə qədər qəbul edilir.İvan Pavloviç Bardin və İosif Vissarionoviç Stalin şəhərin Rusiyanın metallurgiya mərkəzlərindən biri kimi inkişafında həlledici rol oynayıblar", - deyə, qubernator Telegram kanalında yazıb.
Müsabiqədə memarlar, heykəltəraşlar, dizaynerlər, rəssamlar və yaradıcı qruplar iştirak edə bilərlər. Layihələri xüsusi komissiya qiymətləndirəcək.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər