Bütün xəbərlər
Putin "Sərhəd daşı" abidəsinə gül dəstəsi qoydu
Tarix: 27-01-2026 16:29 | Bölmə: Karusel

Rusiya Prezidenti Vladimir Putin Leninqradın mühasirəsinin qaldırılmasının 82-ci ildönümündə "Nevski Pyataçok" hərbi-tarixi memorial kompleksindəki "Sərhəd daşı" abidəsinə gül dəstəsi qoydu.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dörüntülər "Rossiya 24" televiziya kanalında nümayiş etdirilib.
Çərşənbə axşamı, 27 yanvar tarixində Rusiya dövlət başçısı Leninqradın mühasirəsinin qaldırılmasının ildönümünə həsr olunmuş xatirə tədbirlərində iştirak edir.
Putin abidənin ətəyinə qara matəm lenti ilə bağlanmış qırmızı gül dəstəsi qoydu.
Nevskaya Dubrovka kəndinin qarşısındakı Neva çayının sol sahilindəki körpü başına "Nevski Pyataçok" deyilir. Bu, Leninqrad döyüşündə sovet əsgərlərinin mətanət və cəsarətinin simvoluna çevrilib. Cəbhənin bu hissəsində döyüşlər 285 gün davam edib.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər