Bütün xəbərlər
"Telegraph": Nipah virusuna yoluxduğu şübhəli bilinən ilk xəstə Hindistanda vəfat edib
Tarix: 25-01-2026 16:28 | Bölmə: Karusel

Nipah virusuna yoluxduğu şübhəli bilinən ilk xəstə Hindistan xəstəxanasında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə The Telegraph qəzeti Qərbi Benqal Səhiyyə və Ailə Rifahı Departamentinin məlumatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, Barasatdakı özəl ümumi xəstəxanada iki tibb bacısına rəsmi olaraq Nipah virusu diaqnozu qoyulub, onlardan biri komadadır və vəziyyəti ağırdır. Hər iki tibb bacısı dekabrın 28-dən 30-dək növbədə olub və güman edilir ki, bu müddət ərzində onların ağır tənəffüs simptomlarından şikayət edən və sonradan vəfat edən bir xəstə tərəfindən yoluxmuş ola bilər.
Hesabatda deyilir: "Bu şəxs xəstəliyin ilk ehtimal olunan halı kimi müalicə olunur və araşdırmalar davam edir".
Lakin, nəşr vurğulayır ki, xəstə Nipah üçün testdən keçməmişdən əvvəl vəfat edib.
Rospotrebnadzor əvvəllər Rusiyada Nipah virusunun idxalı ilə bağlı heç bir halın qeydə alınmadığını bildirmişdi.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər