Bütün xəbərlər
Rusiya milli futbol komandası 2026/27 Millətlər Liqasının iştirakçılar siyahısından çıxarılıb
Tarix: 24-01-2026 16:21 | Bölmə: Karusel

UEFA-nın veb saytında yer alan məlumata görə, Rusiya milli komandası 2026/27 Millətlər Liqasının iştirakçılar siyahısına daxil edilməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, turnirdə dörd diviziona bölünmüş 54 komanda iştirak edəcək.Qrup mərhələsinin püşkatması 12 fevralda Brüsseldə keçiriləcək.
Rusiya milli komandaları və klubları Ukraynadakı vəziyyətə görə 2022-ci ildən bəri UEFA və FIFA yarışlarından kənarlaşdırılıb.O vaxtdan bəri milli komanda yalnız yoldaşlıq oyunları keçirib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər