Bütün xəbərlər
PUA-nın hücumuna məruz qalan neft anbarının görüntüləri yayılıb
Tarix: 23-01-2026 09:48 | Bölmə: Karusel

Penzada PUA hücumu nəticəsində neft anbarında yanğın baş verdiyi vəziyyətin videosu yayılıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, vilayət qubernatoru Oleq Melniçenko videonu Telegram kanalında paylaşıb.
O, təcili yardım xidmətlərinin hadisə yerində işləməyə davam etdiyini aydınlaşdırıb. Qubernatorun özü də oradadır.
Mövcud məlumatlara görə, hava hücumundan müdafiə sistemləri tərəfindən dörd dronu məhv edilib. Onlardan birinin qalıqları neft anbarının ərazisinə düşüb və yanğına səbəb olub. Yanğının söndürülməsində 46 mütəxəssis və 14 texnika iştirak edir.
Hələlik xəsarət alanlar və ya ölənlər barədə məlumat yoxdur.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər