Bütün xəbərlər
FT: Tramp və Zelenski Davosda planlaşdırılan sənədləri imzalamayıblar
Tarix: 22-01-2026 20:10 | Bölmə: Karusel

"The Financial Times" qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp və Kiyev lideri Vladimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşdə danışıqlar üçün hazırlanmış sənədləri imzalaya bilməyiblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zelenski 22 yanvarda Amerika lideri ilə görüşmək üçün Davosa gəlib. Cümə axşamı günü Tramp və Kiyev lideri danışıqlar aparıblar.
Xəbərdə deyilir ki, "ABŞ rəsmiləri tərəfindən sammitdən əvvəl müzakirə edilən sənədlər imzalanmamış qalıb".
Nəşrin qeyd etdiyi kimi, Tramp və Zelenski arasında görüş təxminən bir saat davam edib və "heç bir razılığa gəlinməyib ki, bu da amerikalı həmkarından Ukraynaya dəstək zəmanəti almağa çalışan Zelenski üçün geriləmə olub".
Daha əvvəl ABŞ prezidenti Davosda Kiyev lideri ilə danışıqların yaxşı keçdiyini bildirərək, hər kəsin münaqişənin bitməsini istədiyini qeyd edib.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər