Bütün xəbərlər
Fələstin prezidenti Putinlə görüşmək üçün Moskvaya gəlib
Tarix: 21-01-2026 23:46 | Bölmə: Karusel

Fələstin prezidenti Mahmud Abbas iki günlük işgüzar səfərə Moskvaya gəlib. 

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Fələstin xəbər agentliyi WAFA-nın məlumatına görə, Rusiya lideri Vladimir Putin yanvarın 22-də fələstinli həmkarı ilə danışıqlar aparacaq.
"Prezident Mahmud Abbas çərşənbə axşamı iki gün davam edəcək rəsmi səfər üçün Rusiyanın paytaxtı Moskvaya gəlib.Cümə axşamı o, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Səfəri zamanı o, həmçinin Rusiyada akkreditə olunmuş ərəb səfirlərini qəbul edəcək", - Fələstin xəbər agentliyi bildirib.
İki liderin dialoqunun mövzuları arasında ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri olacağı gözlənilir. Prezidentlər, həmçinin, Qəzza zolağındakı vəziyyətə diqqət yetirərək, Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.




Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər