Bütün xəbərlər
Sibiga: "Azərbaycan Ukraynaya kömək üçün enerji avadanlığı göndərib"
Tarix: 21-01-2026 13:39 | Bölmə: Karusel

Azərbaycan Ukraynaya kömək üçün enerji avadanlığı göndərib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
Ukrayna rəsmisinin şərhi nazirliyin Telegram kanalında dərc edilib.
Yazıda qeyd olunur ki, "Azərbaycan enerji təchizatını bərpa etmək üçün enerji avadanlığı (12 aşağı gərginlikli panel, 11 generator, 5 transformator və 27.000 metr kabel) göndərib".
Bundan əlavə, Hollandiya Ukraynaya enerji dəstəyi üçün əlavə 23 milyon avro ayırdığını elan edib.
Əvvəllər Ukraynada bir dənə də olsun elektrik stansiyasının işləmədiyi və Kiyevin 75%-nin elektriksiz qaldığı bildirilirdi.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər