Bütün xəbərlər
Planetin keçmiş birinci vitse-kraliçası Yelena Şeripova dələduzluğa görə üç il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 21-01-2026 13:33 | Bölmə: Karusel

Moskvanın Presnenski Rayon Məhkəməsi Planetin keçmiş birinci vitse-kraliçası Yelena Şeripovanı irimiqyaslı dələduzluğa görə üç il müddətinə azadlıqdan məhrum edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Moskva Şəhərinin Ümumi Yurisdiksiya Məhkəmələri" Telegram kanalı məlumat verib.
Məhkəmə Şeripovanın modellik kursları satdığını və tələbələrə karyera yardımı vəd etdiyini, lakin vədlərini yerinə yetirmədiyini müəyyən edib. Zərərçəkənlərə ödənilən ümumi ziyan təxminən 1,6 milyon rubl təşkil edib.
"Məhkəmənin 20 yanvar 2026-cı il tarixli hökmü ilə o, ümumi rejimli cəza koloniyasında üç il müddətinə azadlıqdan məhrum edilib", - deyə, nəşr bildirib.
Şeripova həmçinin zərərçəkənlərə dəyən ziyanı ödəməli olub.Hökm elan edildikdən sonra Şeripova məhkəmə zalında həbs edilib.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər