Bütün xəbərlər
Jurnalist məhkəmədə xarici agent statusuna etiraz edə bilmədi
Tarix: 21-01-2026 12:50 | Bölmə: Karusel

Moskva Şəhər Məhkəməsi jurnalist İlya Azarın (Rusiya Federasiyasında xarici agent kimi tanınan) apelyasiya şikayətini rədd edərək, onun xarici agentlər reyestrinə daxil edilməsinin qanuniliyini təsdiqlədi.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələrinin Telegram kanalında məlumat verilib.
Beləliklə, əvvəllər Rusiya Ədliyyə Nazirliyinə qarşı əmrin etibarsız sayılması və ləğv edilməsi, eləcə də xarici agentlər siyahısından məlumatların çıxarılması iddiasını rədd edən Zamoskvoretski Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
"Moskva Şəhər Məhkəməsi Moskvanın Zamoskvoretski Rayon Məhkəməsinin qərarına qarşı apelyasiya şikayətinə baxıb və İlya Vilyamoviç Azarı rədd edib", - deyə, nəşr bildirir.
Ədliyyə Nazirliyi Azarı 2025-ci ilin fevral ayında Rusiya hakimiyyət orqanlarının qərarlarını və siyasətini nüfuzdan salmağa yönəlmiş Avropa mediası üçün hazırladığı materialları nəzərə alaraq xarici agent elan edib.




Baxış sayı: 21


Bölməyə aid digər xəbərlər