Bütün xəbərlər
Zvezdnı Qorodokun rəhbəri vaxtından əvvəl istefa vermək qərarına gəlib
Tarix: 21-01-2026 12:23 | Bölmə: Karusel

Zvezdnı Qorodokun qapalı inzibati-ərazi qurumunun (ZATO) rəhbəri Yevgeni Barışevski vaxtından əvvəl istefa vermək qərarına gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.
O, bu qərarın asan olmadığını və bələdiyyədə işləməyin onun iş həyatının əhəmiyyətli bir hissəsini tutduğunu vurğulayıb.
Barışevski yazıb: "Mən öz xahişimlə Moskva vilayətindəki Zvezdnı Qorodokun şəhər rayonunun rəhbəri vəzifəsindən istefa vermək qərarına gəldim".
Daha əvvəl Zvezdnı Qorodokun meri 365.000 rubl rüşvət almaqda ittiham olunmuşdu.Məhkəmə onla bağlı ev dustaqlığı qərarı verib.



Baxış sayı: 21


Bölməyə aid digər xəbərlər