Bütün xəbərlər
Ukrayna Ali Radası elektrik enerjisi, istilik və sudan məhrum olub
Tarix: 20-01-2026 19:58 | Bölmə: Karusel

Ukraynalı deputat Yaroslav Jeleznyakın sözlərinə görə, çərşənbə axşamı Ukrayna Ali Radası elektrik enerjisi, istilik və susuz qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu səhər o, Kiyevdə istilik və su təchizatında yaranan fasilələr səbəbindən parlament işçilərinin uzaqdan işə keçirildiyini bildirib.
Jeleznyak daha sonra Telegram kanalında yazıb: "İstilik və suyun olmaması ilə yanaşı, Radada elektrik enerjisi də kəsilib".
Axşam o, qaranlıq dəhlizlərin fotosunu paylaşaraq bunu Silent Hill kompüter oyununu xatırladan kimi təsvir edib.
Bu, Ukrayna parlamentinin enerji infrastrukturunda uzun müddət davam edən problemlər səbəbindən bu il ikinci dəfə istiliksiz qalmasıdır. Yanvarın 13-də Kiyev və bölgədəki bir neçə şəhər təcili və planlaşdırılmış elektrik kəsintiləri səbəbindən demək olar ki, tamamilə qaranlığa qərq olub.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər