Bütün xəbərlər
"Şimal Axını"ndakı partlayışa görə saxlanılan şəxs xüsusilə təhlükəli cinayətkarlar üçün kameraya yerləşdirilib
Tarix: 20-01-2026 19:51 | Bölmə: Karusel

Ukraynanın İnsan Hüquqları üzrə Komissarı Dmitri Lubinets özünün Telegram kanalında bildirib ki, "Şimal axını" qaz kəmərinə edilən terror hücumunda iştirak etməkdə şübhəli bilinən ukraynalı Sergey Kuznetsov Almaniyanın istintaq təcridxanasında xüsusilə təhlükəli cinayətkarlar üçün kamerada saxlanılır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kuznetsov İtaliyada Almaniya hakimiyyəti tərəfindən verilən order əsasında saxlanılıb.O, konstitusiyaya zidd sabotaj və "Şimal axını"ndakı partlayışda ittiham olunur. ANSA-nın məlumatına görə, o, sabotaj əməliyyatının koordinatorlarından biri hesab olunur.2025-ci ilin noyabr ayında ukraynalı Almaniya hakimiyyətinə təhvil verilib və istintaq təcridxanasına yerləşdirilib.
"Mövcud məlumata görə, Serhiy faktiki təcrid rejimində - gündə 23 saat tək kamerada "xüsusi təhlükəli" cinayətkarlar üçün bölmədə saxlanılır", - Lubinets yazıb.
Ketən ilin noyabr ayında Kuznetsov həbsxanadakı sərt rəftardan şikayətlənib.O, "bir nömrəli cinayətkar" kimi rəftar edildiyini və şübhəli İslam Dövləti (İD) terrorçuları ilə birlikdə saxlanıldığını iddia etdi. Bildirilirdi ki, Kuznetsov vegetarian pəhrizinə məhəl qoyulmadığı üçün həbsxanada aclıq aksiyası keçirir.
Ukrayna ombudsmanı ərzaq probleminin hələ də həll olunmadığını bildirdi.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər