Bütün xəbərlər
Evdən 70 min dollar oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Tarix: 10-04-2019 15:35 | Bölmə: Karusel

                           

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Elgün YusifovElşad NamazovRöyal Sabirli və Vazeh Babayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası aprelin 17-nə təyin edilib.
Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində ötən ilin yanvarında Şamil Şirinovun evindən 70 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri - E.Yusifov, E.Namazov, Kəlbəcər rayon sakini R.Sabirli və V.Babayev saxlanılıblar.



Baxış sayı: 344


Bölməyə aid digər xəbərlər