22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Filippində rusiyalı bloqçusu deportasiya edildi
Tarix: 17-01-2026 21:51 | Bölmə: Karusel

Filippinlərdə həbs cəzası çəkən rusiyalı bloqçusu Vitali Zdorovetski Rusiyaya deportasiya edilib. 

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABS-CBN Filippin İmmiqrasiya Xidmətinin nümayəndəsinə istinadən məlumat verib.
Rusiya vətəndaşı 17 yanvar axşamı deportasiya edilib.
"Biz Vitalini sanki bir saat əvvəl deportasiya etdik", - deyə, məlumatda bildirilir.
Bloqçunun Rusiyaya Kalibo şəhərindən birbaşa uçuşla deportasiya edildiyi bildirilir. İmmiqrasiya xidməti nümayəndəsinin sözlərinə görə, o, artıq Filippində "arzuolunmaz xarici şəxs" kimi qara siyahıya salınmışdı.
Zdorovetski ötən ilin aprel ayında Filippində yerli sakinlərə qarşı təhqiramiz davranışa görə həbs edilib. Medianın məlumatına görə, canlı yayım zamanı bloger mühafizəçinin papağından tutub, başqa bir mühafizəçidən silah almağa cəhd edib və bir qadını soymaqla hədələyib. Daha sonra ona cinayət işi açılıb və Zdorovetski doqquz aylıq həbs cəzası çəkib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər