12:24 / 03-03-2026
Qızıl tabutda dəfn edilib
Bütün xəbərlər
Zaxarova: "Rusiya hərbi planlaşdırmasında Avropanın militarizasiyasını nəzərə alacaq"
Tarix: 15-01-2026 20:02 | Bölmə: Karusel

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib ki, Rusiya hərbi planlaşdırmasında Avropanın militarizasiyasını nəzərə almaq məcburiyyətində qalacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomatın vurğuladığına görə, Moskva Avropa İttifaqı və Şimali Atlantika Alyansının Rusiya sərhədləri yaxınlığında da daxil olmaqla, hərbi potensialını artırmağa yönəlmiş hərəkətlərini, eləcə də Kiyev rejiminin silah satışını diqqətlə izləyir.
"Ölkəmizin təhlükəsizliyinə potensial təhlükə yaradan hərəkətlərə dözmək niyyətində deyilik.Buna cavab olaraq, hərbi planlaşdırmamızda, o cümlədən bütün növ silah və hərbi texnikanın modernləşdirilməsi proqramlarında bu yeni reallığı nəzərə almaq məcburiyyətində qalacağıq", - Zaxarova bildirib.
Ötən ilin oktyabr ayında Rusiya Prezidenti Vladimir Putin Moskvanın Avropanın militarizasiyasına cavabının çox inandırıcı olacağını bildirmişdi.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər