Bütün xəbərlər
Rusiyalı xizəkçiləri Olimpiya Oyunlarına vəsiqə qazana bilməyəcəklər.
Tarix: 13-01-2026 18:34 | Bölmə: Karusel

Rusiya milli komandasının baş məşqçisi Yevgeni Plexov vizaların verilməməsi səbəbindən Rusiyalı xizək tullananların 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunlarında iştirak edə bilməyəcəklərini açıqladı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Plexov RİA Novosti-yə bildirib ki, viza müraciətləri əvvəlcədən təqdim edilib, lakin Rusiya idmançılarının pasportları "naməlum səbəblərdən" bir aydan çoxdur ki, konsulluqda saxlanılır.
"Bu gün zəng ediblər və pasportlarımızın 20 yanvardan sonra veriləcəyini və yarışın 16-18 yanvar tarixlərində keçiriləcəyini dedilər. Buna görə də, viza olmadan 3D ölçmələrdən keçə bilmərik, bunsuz Dünya Kubokunda və digər FIS yarışlarında yarışa bilmərik", - deyə, o bildirib.
2026-cı il Olimpiadasına seçim 18 yanvarda başa çatacaq və Oyunların özü 6-22 fevral tarixlərində keçiriləcək.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər