Bütün xəbərlər
Ural Federal Universitetində yoxlamalar davam edir
Tarix: 13-01-2026 13:36 | Bölmə: Karusel

Hüquq-mühafizə orqanları Ural Federal Universitetində yoxlamalar aparır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti universitetin mətbuat xidmətinə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, sənədlərin müsadirə edilməsi universitet rəhbərliyi tərəfindən maliyyə və iqtisadi pozuntularla bağlı aparılan araşdırma ilə əlaqəli ola bilər.
"Hüquq-mühafizə orqanları bu gün universitetdə yoxlama aparır. Başqa məlumatımız yoxdur", - deyə, universitet şərh edib.
12 yanvarda UrFU-da axtarışların aparıldığı barədə məlumatlar yayılıb.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər