20:07 / 23-02-2026
Medvedev Kim Çen Inı
19:10 / 23-02-2026
Müşfiq Abbasov həbs olundu
Bütün xəbərlər
Keçmiş deputat külli miqdarda rüşvət işi ilə əlaqədar saxlanılıb və həbs edilib
Tarix: 10-01-2026 19:45 | Bölmə: Karusel

TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Çelyabinsk vilayətinin Qanunvericilik Məclisinin keçmiş üzvü Yerik Sarsenbayevi külli miqdarda rüşvət işi ilə əlaqədar saxlayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, məhkəmə qərarı ilə həbs edilib.
TASS-ın mənbəsi xəbər agentliyinə bildirib ki, "Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Sarsenbayevi külli miqdarda rüşvət işi ilə bağlı istintaq çərçivəsində saxlayıblar. Məhkəmə onun məhkəməyəqədər həbs qətimkan tədbiri seçib".
Mənbə rüşvətlə bağlı bildirib ki, bu, şirkət rəhbərliyinə ötürülüb. O, əlavə məlumat verməyib.
Hələlik rəsmi şərh yoxdur.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər