Bütün xəbərlər
Ukrayna və Böyük Britaniya müdafiə inkişafının yol xəritəsi imzaladılar
Tarix: 09-01-2026 19:48 | Bölmə: Karusel

Ukrayna və Böyük Britaniya müdafiə inkişafının yol xəritəsi imzaladılar.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Denis Şmıxal məlumat verib.
Sənəd 2026-cı ilə qədər bir sıra əsas təhlükəsizlik sahələrində əməkdaşlığı rəsmiləşdirir.
Şmıxal Telegram-da yazıb: "Bu, Ukrayna və Böyük Britaniya arasında Yüzillik Tərəfdaşlıq Sazişi ilə mümkün olan genişmiqyaslı layihələrin həyata keçirilməsində mühüm addımdır".
O, həmçinin əlavə edib ki, London artıq Kiyevin imkanlarının gücləndirilməsinə "əhəmiyyətli töhfə" verib.
Bir gün əvvəl "UK Defence Journal" qəzeti Britaniya hökumətinin Ukrayna Silahlı Qüvvələri üçün xüsusi olaraq hazırlanmış 13 "Raven" hava hücumundan müdafiə sistemini, eləcə də iki "Gravehawk" hava hücumundan müdafiə sistemini təhvil verdiyini bildirib.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər