Bütün xəbərlər
Britaniya Ukraynaya 13 "Raven" hava hücumundan müdafiə sistemi və iki "Gravehawk" sistemi təhvil verib
Tarix: 08-01-2026 17:34 | Bölmə: Karusel
 
Britaniya hakimiyyəti Ukrayna Silahlı Qüvvələri üçün xüsusi olaraq hazırlanmış 13 "Raven" hava hücumundan müdafiə sisteminin, eləcə də iki "Gravehawk" hava hücumundan müdafiə sisteminin Kiyevə təhvil verildiyini elan etdi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "UK Defence Journal" məlumat yayıb.
Raven sistemləri xüsusi olaraq Ukrayna Silahlı Qüvvələri üçün hazırlanıb və Böyük Britaniya tərəfindən maliyyələşdirilib. "Gravehawk", Ukrayna hava-hava raketlərinin yerüstü versiyada istifadəsinə imkan verən Britaniya-Danimarka istehsalıdır.
Britaniya Müdafiə Nazirliyi parlamentarinin sualına cavab olaraq "Raven" hava hücumundan müdafiə sistemlərinin Kiyevə təhvil verilməsini təsdiqləyib.
"Böyük Britaniya Ukraynaya 13 "Raven" hava hücumundan müdafiə raket sisteminin və iki "Gravehawk" prototipinin təhvil verildiyini təsdiqləyib", - portal bildirib.
Qeyd olunur ki, tezliklə əlavə "Gravehawk" sistemlərinin təhvil verilməsi gözlənilir.
Rusiya hakimiyyəti dəfələrlə vurğulayıb ki, Ukraynaya silah göndərilməsi münaqişənin sülh yolu ilə həllinə töhfə vermir.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər