20:07 / 23-02-2026
Medvedev Kim Çen Inı
19:10 / 23-02-2026
Müşfiq Abbasov həbs olundu
Bütün xəbərlər
Ağ Ev: Tramp Qrenlandiyanın alınmasını Milli Təhlükəsizlik Qrupu ilə müzakirə edi
Tarix: 07-01-2026 23:19 | Bölmə: Karusel

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik qrupu ilə Qrenlandiyanın Danimarkadan alınması ehtimalını müzakirə edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Kerolin Livit bildirib.
Prezident administrasiyasının veb saytında yayımlanan jurnalistlərlə brifinq zamanı o, adanın alınması variantları ilə bağlı sualı cavablandırıb.
"Bu, hazırda prezident və onun milli təhlükəsizlik qrupu tərəfindən fəal şəkildə müzakirə olunan bir şeydir", - Livit izah edib.
O, əlavə edib ki, Qrenlandiyanın alınması ideyası keçmiş ABŞ prezidentləri tərəfindən qaldırılıb.Bu barədə müzakirələr 19-cu əsrə gedib çıxır.
Daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio Qrenlandiyanın gələcəyini müzakirə etmək üçün Danimarka nümayəndələri ilə görüşəcəyini açıqlayıb.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər