22:19 / 07-01-2026
Dron təhlükəsi elan edilib
Bütün xəbərlər
Tramp qolf oynamaq üçün fasilə verərək 32 gün ardıcıl olaraq mətbuat konfransları keçirib
Tarix: 06-01-2026 20:53 | Bölmə: Karusel

ABŞ prezidenti Donald Tramp 32 gün ardıcıl olaraq mətbuat brifinqləri keçirdiyini, nəvəsi ilə qolf oynamaq üçün yalnız bir dəfə fasilə verdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Evin aparat rəhbəri bunu Kennedi-Tramp Mərkəzində keçirilən tədbirdə respublikaçı konqresmenlərə deyib.
"Mən ardıcıl 32 gün bir mətbuat konfransı keçirmişəm, iki, üç, bəzən hətta dörd, bu, dəli bir rekord olmalıdır. Və sonra həmin bir gün mən bir dənə də olsun mətbuat konfransı keçirmədim, çünki çox istedadlı qolfçum, qolf dəyənəyini çox gözəl yelləyən gözəl gənc qadın Kayı qolf oynamağa apardım", - deyə, Tramp bildirib.
2025-ci ilin oktyabr ayında ABŞ prezidentinin nəvəsi Kay özünün TikTok səhifəsində qazaxıstanlı reper Skriptonitinin rus dilində "Ne slahaysya" (Rahatlama) mahnısına uyğun video paylaşıb. Videoda o, amerikalı liderlə qolf oynayır.Görüntülərdə Trampın Kayın idmandakı bacarıqlarını qiymətləndirdiyi görünür.



Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər