22:19 / 07-01-2026
Dron təhlükəsi elan edilib
Bütün xəbərlər
Tramp Venesuelaya hücumda insan itkisinə görə təəssüfləndiyini bildirdi
Tarix: 06-01-2026 20:02 | Bölmə: Karusel

ABŞ Prezidenti Donald Tramp Respublikaçı qanunvericilərlə görüşdə Amerika hərbi qüvvələrinin Venesuelaya hücumunda baş verən çoxsaylı itkilərə görə təəssüfləndiyini bildirdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, qurbanlar arasında ABŞ-ın niyyətlərindən xəbərdar olan bir çox kubalı əsgərin olduğunu söylədi.
"Yerdə çoxlu əsgərimiz var idi. Venesueladakı əməliyyat zamanı bir çox kubalı əsgər öldü - onlar bizim Venesuelaya getdiyimizi bilirdilər", - deyə, Ağ Ev rəhbəri bildirib.
Amerika prezidenti Venesueladakı əməliyyatın ABŞ-ın yerdə nəhəng hərbi qüvvəyə malik olduğunu sübut etdiyi fikrini bildirdi.
3 yanvarda ABŞ Venesuelaya hava hücumu təşkil etdi. "The New York Times" qəzetinin məlumatına görə, hücumda 80-ə qədər insan həlak olub. Amerika qoşunları Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını ölkədən təxliyə edib. 5 yanvarda Venesuela liderinin işi üzrə ilk məhkəmə iclası Nyu-York federal məhkəməsində baş tutub.ABŞ hakimiyyəti onu narkotik qaçaqmalçılığına kömək etməkdə ittiham edir.



Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər