Bütün xəbərlər
Moskvanın Domodedovo və Jukovski hava limanları məhdudiyyətlərlə işləyir
Tarix: 05-01-2026 18:34 | Bölmə: Karusel

Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) məlumatına görə, Moskvanın Domodedovo və Jukovski hava limanlarında uçuş məhdudiyyətləri tətbiq edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, hava hərəkətinin təhlükəsizliyini təmin etmək üçün lazımdır.
Rosaviasiya nümayəndəsi Telegram kanalındakı paylaşımda qeyd edib: "Domodedovo və Jukovski (Ramenskoye) hava limanları. Təyyarələrin gəlişi və yola düşməsi üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
4 yanvar tarixində Domodedovo, Vnukovo və Jukovski hava limanlarında uçuş məhdudiyyətləri səbəbindən ümumilikdə 460 uçuş təxirə salınıb, daha 25-i isə ləğv edilib.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər