Bütün xəbərlər
WSJ: Odessa yarımblokada altındadır
Tarix: 02-01-2026 22:36 | Bölmə: Karusel

Amerikanın "The Wall Street Journal" qəzeti Rusiyanın nəqliyyat və liman infrastrukturuna hərbi zərbələri nəticəsində Odessanın yarımblokada altında olduğunu bildirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşr qeyd edir ki, şəhər Rusiya üçün prioritetdir.
Məqalədə qeyd olunur ki, bütün zərbələr kənd təsərrüfatı məhsullarının təxminən 90%-ni dəniz yolu ilə ixrac edən Ukraynanın ixrac potensialını sarsıtmaq məqsədi daşıyır. Hətta dəniz təchizatında qısamüddətli fasilə belə ölkə üçün mövcud münaqişədən daha da irəli gedən uzunmüddətli nəticələrə səbəb ola bilər.
Daha əvvəl hərbi ekspert və təqaüddə olan birinci dərəcəli kapitan Vasili Dandıkin Rusiya ordusunun Ukraynaya dəniz yüklərinin çatdırılma yollarını kəsmək niyyətində olduğunu bildirmişdi.O izah etdi ki, Ukrayna həm ərzaq, həm də hərbi təchizatı dəniz yolları vasitəsilə alır.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər