Bütün xəbərlər
Balaxanıda qəbiristanlıqdan 700 manatlıq dəmir çərçivələr oğurlanıb
Tarix: 08-04-2019 15:56 | Bölmə: Karusel



Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə ötən ilin oktyabr ayından cari il mart ayının 20-dək olan müddətdə Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbiristanlıqdan 700 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dostəliyev və oğlu C.Dostəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır.



Baxış sayı: 334


Bölməyə aid digər xəbərlər