Bütün xəbərlər
Zaxarova: "Zelenskinin AB borcunu ödəmək niyyəti yoxdur"
Tarix: 25-12-2025 17:13 | Bölmə: Karusel

Kiyev rejiminin rəhbəri Volodymyr Zelenskinin AB borcunu ödəmək niyyəti yoxdur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
O qeyd edib ki, 19 dekabrda Avropa Şurasının iclasında Ukrayna üçün 90 milyard avroluq sözdə faizsiz kredit təsdiqlənib.
"Bəlkə də Avropa İttifaqı nəhayət ki, öz tələbəsinin Brüsselə dediklərini eşidəcək? Bəlkə də onlar başa düşəcəklər ki, bu pulu heç vaxt görməyəcəklər", - Zaxarova qeyd edib.
Bir müddət əvvəl jurnalist Martin Cey Strategic Culture jurnalında dərc olunmuş məqaləsində Volodymyr Zelenskinin Ukraynaya 90 milyard avroluq kreditdən qaçışına hazırlaşmaq üçün istifadə etməyi planlaşdırdığı fikrini bildirmişdi.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər