Bütün xəbərlər
Mərhum müharibə müxbiri Fedorçakın təhsil aldığı Krım məktəbinə onun adı verilib
Tarix: 24-12-2025 20:20 | Bölmə: Karusel

Krım Respublikasının Nijneqorsk rayon administrasiyasının rəhbəri Anton Kravets özünün Telegram kanalında təhsil aldığı məktəbə mərhum müharibə müxbiri Aleksandr Fedorçakın adı verildiyini elan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "İzvestiya"nın jurnalisti Aleksandr Fedorçak 24 mart 2025-ci ildə Luqansk Xalq Respublikasında ölümcül yaralanıb.
"Aleksandr Fedorçak artıq sadəcə bir ad deyil. O, cəsarət, fədakarlıq və peşəkarlıq simvoludur.Bu gün Nijneqorsk rayon şurasının qərarı ilə onun təhsil aldığı kənd məktəbinə Aleksandr Fedorçakın adı verilib", - deyə, bəyanatda bildirilir.
Fedorçakla yanaşı, "Zvezda" telekanalının operatoru Andrey Panov və çəkiliş qrupunun sürücüsü Aleksandr Sirkeli də olub.Rusiya media nümayəndələrini daşıyan mülki nəqliyyat vasitəsi HIMARS raket zərbəsinə məruz qalıb. Qurbanlara "Cəsarət" ordeni verilib.
9 oktyabrda Simferopolda Media Kommunikasiyaları, Media Texnologiyaları və Dizayn İnstitutunun binasında Fedorçakın şərəfinə xatirə lövhəsi açılıb. Açılış mərasimi "İkinci Dünya Müharibəsi dövründə jurnalistika" Beynəlxalq Media Forumu çərçivəsində baş tutub.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər