Bütün xəbərlər
Peskov: "Putin Balitski ilə görüşüb"
Tarix: 24-12-2025 15:05 | Bölmə: Karusel

Rusiya Prezidenti Vladimir Putin 23 dekabr axşamı Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski ilə görüşüb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Görüş zamanı dövlət başçısı və Zaporojye vilayətinin qubernatoru regional inkişaf məsələlərini müzakirə ediblər.
"Dünən axşam saatlarında Vladimir Putin Kremldə Zaporojye vilayətinin qubernatoru Balitski ilə işgüzar görüş keçirib", - Peskov deyib.
Çərşənbə, 24 dekabr tarixində prezident Federasiya Şurasının plenar iclasında iştirak edəcək, Nazirlər Kabinetini qarşıdan gələn Yeni il münasibətilə şəxsən təbrik edəcək və Kremldə dövlət mükafatlarını təqdim edəcək.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər