Bütün xəbərlər
"İzvestiya" jurnalistlərinə hücum edən şəxs ev dustaqlığına buraxılıb
Tarix: 23-12-2025 23:29 | Bölmə: Karusel

Moskvanın Ostankino Rayon Məhkəməsi jurnalistlərə hücum işi üzrə təqsirləndirilən şəxs üçün qətimkan tədbiri seçib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti Telegram kanalında məlumat verib.
Bəyanata görə, Oleq Pavlyukeviç jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaqda ittiham olunur.
Mətbuat xidməti bildirib ki, "Paytaxt məhkəməsi "İzvestiya" jurnalistlərinə hücum etməkdə ittiham olunan şəxsi ev dustaqlığına buraxıb".
Şəxs ən azı bir ay 30 gün ev dustaqlığında qalacaq.
"İzvestiya"nın məlumatına görə, çəkiliş qrupuna hücum jurnalistlərin spikerin diplomu və gəliri ilə bağlı suallar verməsindən sonra psixoloji təlim zamanı baş verib.
Qəzet müxbirin üzünə bir neçə dəfə zərbə endirildiyini və daha sonra mühafizəçilər tərəfindən qandallandığını bildirib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər