Bütün xəbərlər
Uzaq Şərqdə 5 min hektara yaxın ərazidə meşə yanır
Tarix: 08-04-2019 08:43 | Bölmə: Karusel

               


Rusiyanın Uzaq Şərq federal dairəsində 5 min hektara yaxın ərazidə meşə yanır.
Trend-in məlumatına görə, bunu ölkənin Federal Hava Meşə Mühafizəsi Xidmətinin mətbuat xidməti bildirib.
Xidmətin məlumatında deyilir: "Aprelin 8-də saat 00:00-da Rusiya Federasiyasında 4942 hektar ərazidə 14 meşə yanğını qeydə alınıb".
Qeyd olunur ki, yanğınla mübarizəyə 580 nəfər şəxsi heyət, 94 ədəd texnika, 9 təyyarə cəlb olunub. Ötən sutka ərzində 400 hektara yaxın ərazidə yanğınlar söndürülüb.



Baxış sayı: 327


Bölməyə aid digər xəbərlər