Bütün xəbərlər
Tramp Mirziyoyev və Tokayevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edəcəyinə söz verib
Tarix: 23-12-2025 19:34 | Bölmə: Karusel

ABŞ prezidenti Donald Tramp Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan prezidenti Şavkat Mirziyoyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edəcəyinə söz verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tramp bu elanı sosial media hesabı Truth Social-da paylaşıb.
Bəyanatda deyilir: "Gələn il ABŞ G20 sammitinə ev sahibliyi edəcək və biz hər iki lideri Mayamidə keçiriləcək bu çox vacib tədbirdə qonaq kimi bizə qoşulmaq üçün dəvət edəcəyik!".
Dünən, 23 dekabrda Qazaxıstan prezidentinin mətbuat xidməti Tokayevin Trampla uzun telefon danışığı apardığını bildirib.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər