22:08 / 21-12-2025
Avtomobil yanıb
Bütün xəbərlər
Zelenski Ukraynada bayram tarixlərində dəyişiklik elan etdi
Tarix: 22-12-2025 23:54 | Bölmə: Karusel

Volodimir Zelenski öz Telegram kanalında Ukraynanın bəzi bayramların tarixlərini guya sovet mənşəli və "pis təsadüflər" səbəbindən dəyişdirəcəyini açıqladı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, axşam çıxışında Zelenski bəzi bayram tarixlərinin "faciələr günlərinə" təsadüf etdiyini bildirdi. O, həmçinin qarşıdan gələn bayram dəyişikliklərini "Sovet təqvimindən" imtina ilə əlaqələndirdi.
Zelenski xatırlatdı ki, Ukrayna əvvəllər Milad tarixini 25 dekabra dəyişmişdi. O, iddia edirdi ki, bu, "yüngül qəbul edilib".Lakin Zelenski hansı bayramlardan bəhs etdiyini dəqiqləşdirməyib.
2023-cü ildən etibarən Ukrayna hakimiyyəti bir sıra Qərb ölkələrində olduğu kimi, Miladı 25 dekabrda Yeni Yulian təqviminə əsasən qeyd etmək qərarına gəlib. Strana.ua saytının məlumatına görə, Google axtarış statistikası göstərir ki, ukraynalılar Milad bayramını "köhnə qaydada" - 25 dekabr "Avropa" tarixi əvəzinə, 7 yanvarda qeyd etməyə davam edirlər.
Milad tarixinin dəyişdirilməsi ilə bağlı Ali Rada üzvü Aleksandr Dubinski Zelenskinin doğum gününü 25 yanvardan 11 yanvara keçirmək niyyəti ilə bağlı zarafat edib.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər