Bütün xəbərlər
Boqdanov: "Jurnalistlər və polis Rusiya ilə ABŞ arasında ehtimal olunan görüş yerində toplaşıblar"
Tarix: 20-12-2025 22:48 | Bölmə: Karusel

Jurnalistlər və polis Rusiya-Amerika danışıqlarının keçiriləcəyi gözlənilən Hallandale Beach-dəki Shell Bay Club qolf meydançasında toplaşır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkdakı VGTRK bürosunun rəhbəri Valentin Boqdanov özünün Telegram kanalında məlumat verib.
Elit qolf klubu artıq Ukrayna ilə bağlı bir neçə raund danışıqlara ev sahibliyi edib.
Valentin Boqdanov bildirib ki, "Jurnalistlər Kirill Dmitriyev, Stiven Vitkov və Cared Kuşnerin iştirakı ilə danışıqların bu gün keçiriləcəyi gözlənilən Shell Bay Club-da toplaşırlar. Polis də gəlib".
Əvvəllər Rusiya Prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmaq üçün Mayamiyə gəldiyi bildirilirdi.ABŞ tərəfini ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff və sahibkar Cared Kuşnerin təmsil edəcəyi gözlənilir.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər