Bütün xəbərlər
Dmitriyev Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün Mayamiyə gəlib
Tarix: 20-12-2025 22:43 | Bölmə: Karusel

Rusiya Prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün Mayamiyə gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat verib.
Bəzi məlumatlara görə, Dmitriyev hava limanından birbaşa danışıqlar platformasına gedəcək.
ABŞ tərəfini təmsil edən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff və Cared Kuşnerin görüşdə iştirakı gözlənilir.
Bir müddət əvvəl Reuters agentliyi gələn həftə sonu Mayamidə Rusiya və Amerika nümayəndə heyətləri arasında mümkün görüş barədə məlumat vermişdi.Dmitriyev daha sonra ABŞ şəhərinə getdiyini açıqlamışdı.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər