Bütün xəbərlər
Ekvatorial Qvineya Rusiya ilə əməkdaşlığa yüksək qiymət verir
Tarix: 20-12-2025 22:41 | Bölmə: Karusel

Ekvatorial Qvineya Rusiya Federasiyası ilə əməkdaşlığını və tərəfdaşlığını yüksək qiymətləndirir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu xarici işlər naziri Simeon Oyono Esono Angue "Rossiya 1" verilişində bildirib.
Onun sözlərinə görə, Rusiya ilə tərəfdaşlıq bütün Afrika qitəsi üçün vacibdir.
"Biz əməkdaşlığımızı yüksək qiymətləndiririk.Bu tərəfdaşlıq bütün Afrika qitəsi üçün vacibdir", - deyə, nazir bildirib.
Rusiya-Afrika Tərəfdaşlıq Forumunun ikinci nazirlər konfransı 19-20 dekabr tarixlərində Qahirədə keçirilir. Tədbir ilk dəfə Afrika qitəsində keçirilir və 50 ölkədən nümayəndəni bir araya gətirir.
Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya və Afrika ölkələrinin təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndirmək niyyətində olduqlarını bildirib.O, əlavə edib ki, bu məqsədlə Afrika İttifaqı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında işçi dialoqun qurulması tövsiyə olunur.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər