Bütün xəbərlər
"Axios": Avropa liderlərinin müşavirləri bu gün Ukrayna ilə bağlı danışıqlar üçün ABŞ-a gələcəklər
Tarix: 19-12-2025 19:41 | Bölmə: Karusel

19 dekabr cümə günü Almaniya, Fransa və Böyük Britaniya liderlərinin milli təhlükəsizlik müşavirləri ABŞ, Ukrayna, Türkiyə və Qətər nümayəndələri ilə görüşəcəklər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Axios" jurnalisti Barak Ravid bu barədə X sosial media səhifəsində məlumat verib.
Müxbir yazıb: "Almaniya, Fransa və Böyük Britaniya liderlərinin müşavirləri 19 dekabrda Mayamidə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoffla görüşəcəklər".
O əlavə edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Əl-Tani və Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rüstəm Umerov da iştirak edəcəklər.
Nəşr əvvəllər sahibkar və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin də iştirak edəcəyini bildirmişdi.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər