Bütün xəbərlər
Aİ liderləri Ukrayna istisna olmaqla, sammitin bütün gündəm maddələri üzrə razılığa gəliblər
Tarix: 18-12-2025 23:29 | Bölmə: Karusel

"Politico" xəbər verir ki, sammit zamanı Aİ liderləri Ukraynanın maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə istisna olmaqla, bütün elan edilmiş danışıqlar məsələlərində razılığa gəliblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, danışıqlardan sonra Yaxın Şərqdəki vəziyyət, hibrid təhdidlər, Aİ büdcəsi və Aİ-nin genişlənmə prosesi ilə bağlı nəticələr təqdim edilib.
"Lakin, nümayəndə heyətləri hələ də təzminat krediti ilə bağlı razılığa gəlmədiyindən, hələ uzun bir gecəmiz var..." deyə, nəşr yazır.
Danışıqlar başa çatdıqdan sonra liderlərin Ukrayna ilə bağlı birgə bəyanatı sammitin ümumi nəticələrindən ayrıca dərc etmək barədə razılığa gəldikləri dəqiqləşdirilib.
Daha əvvəl Polşanın Baş naziri Donald Tusk sammitin dondurulmuş Rusiya aktivlərindən istifadə məsələsində irəliləyiş əldə etdiyini bildirmişdi.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər