Bütün xəbərlər
“Qarabağ” Qəbələdə qalib gəldi və “Neftçi”yə çatdı
Tarix: 07-04-2019 19:52 | Bölmə: Karusel



Qəbələdə futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turunun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, yerli “Qəbələ”nin Ağdamın “Qarabağ” klubu ilə görüşü qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 
Hesabı üçüncü dəqiqədə “Qarabağ”ın oyunçusu Donald Gerrye açıb. İyirmi dəqiqə sonra Rauf Əliyev tarazlığı bərpa edib.
Oyunun 82-ci dəqiqəsində isə Araz Abdullayev komandasının qələbə qolunu vurub.
Bu qələbədən sonra “Qarabağ” xallarını 51-ə çatdırıb və turnir cədvəlində “Neftçi” ilə liderliyi bölüşmək hüququnu qazanıb.



Baxış sayı: 320


Bölməyə aid digər xəbərlər