21:27 / 17-12-2025
Məktəbdə asma tavan uçub
Bütün xəbərlər
Belçika Baş naziri: "Rusiya aktivlərinin müsadirə edilməsi beynəlxalq hüququ pozardı"
Tarix: 18-12-2025 12:03 | Bölmə: Karusel

Belçika Baş naziri Bart de Vever dondurulmuş Rusiya aktivlərinin istifadəsinin beynəlxalq hüququ pozacağını etiraf etdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçinin qeyd etdiyinə görə, Avropa ölkələri hətta İkinci Dünya Müharibəsi dövründə belə belə bir addım atmağa cəsarət etməyiblər.
"Bu, beynəlxalq hüququn potensial pozulmasıdır", - de Vever Belçika parlamentində çıxış edərkən bildirib.
Daha əvvəl EUObserver diplomatlara istinadən xəbər vermişdi ki, Brüssel dondurulmuş Rusiya aktivlərinin mümkün müsadirəsi ilə bağlı "məhdudiyyətsiz" maliyyə zəmanətləri tələb edir. Nəşrin məlumatına görə, Belçika dondurulmuş kapitaldakı 193 milyard avrodan artıq itkiləri kompensasiya etmək məcburiyyətində qalacağı təqdirdə Aİ üzv dövlətlərindən "məhdudiyyətsiz" maliyyə zəmanətləri istəyir.
Almaniya Bundestaqının keçmiş üzvü Yevgeni Şmidt bildirib ki, Avropada Rusiya aktivlərinin müsadirə edilməsi məsələsində birlik yoxdur. Keçmiş millət vəkili qeyd edib ki, bütün ölkələr Avropa Birliyinin avantürist siyasətini dəstəkləməyə hazır deyil.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər