Bütün xəbərlər
Gürcüstandan bu maşınları gətirənlərə bəd xəbər — Qadağan olundu
Tarix: 03-01-2018 13:34 | Bölmə: Karusel

Gürcüstandan bu maşınları gətirənlərə bəd xəbər — Qadağan olundu

Gürcüstandan bu maşınları gətirənlərə bəd xəbər
1 Yanvardan Gürcüstanda sükanı sağda olan avtomobillərdə onun sola keçirilməsini qadağan edən qanun qüvvəyə minib.
"Ölkə.Az" "newsgeorgia.ge"-yə istinadən xəbər verir ki, 1 yanvar 2018-ci il tarixindən etibarən Gürcüstanda avtomobillər məcburi qaydada texniki baxışdan keçiriləcək.
Qadağa isə bununla bağlıdır.
Buna qədər sükanın yeri dəyişdirilən avtomobillər qadağasız texniki baxışdan keçiriləcək.
Bundan əlavə, sükanı sağda olan avtomobillərə faraların tənzimlənməsi istisna olmaqla başqa tələblər şamil olunmur. 
Qeyd edək ki, Gürcüstandan Azərbaycan xeyli sayda sükanının yeri dəyişdirilmiş avtomobil ixrac olunurdu.



Baxış sayı: 520


Bölməyə aid digər xəbərlər