Bütün xəbərlər
Uşakov: "ABŞ Rusiyanın ərazi məsələləri ilə bağlı mövqeyini nəinki bilir, həm də başa düşür"
Tarix: 14-12-2025 13:30 | Bölmə: Karusel

Amerika tərəfi Rusiyanın Ukrayna münaqişəsinin həlli ilə bağlı ərazi məsələsindəki mövqeyini başa düşür.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinlə müsahibəsində bildirib.
Uşakov vurğulayıb ki, Ukraynadakı münaqişənin həllində ərazi məsələsi Ağ Evin xüsusi nümayəndəsi Stiven Vitkov və Amerika liderinin kürəkəni, iş adamı Cared Kuşner danışıqlar üçün Moskvaya gələndə fəal şəkildə müzakirə olunub.
"Amerikalılar bizim mövqeyimizi nəinki bilir, həm də başa düşürlər", - Uşakov vurğulayıb.
Rusiya prezidentinin köməkçisi əlavə edib ki, Rusiyanın Avropa ölkələri və Ukrayna tərəfindən sülh planına edilən düzəlişlərə qarşı güclü etirazları ola bilər. Uşakov bu düzəlişlərdən "yaxşı bir şeyin" çıxacağına əmin deyil.
Dekabrın 12-də "Financial Times" qəzeti ABŞ tərəfindən təqdim edilən sülh razılaşmasının Ukrayna versiyasının Ukraynanın 2027-ci il yanvarın 1-dək Avropa Birliyinə daxil olmasını nəzərdə tutduğunu bildirib.



Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər