Bütün xəbərlər
Yüngül təyyarənin qəzaya uğradığı yerdən görüntülər yayılıb
Tarix: 14-12-2025 13:12 | Bölmə: Karusel

Rusiya İstintaq Komitəsinin Qərb Departamenti özünün Telegram kanalında Moskva vilayətində Cessna 172 yüngül təyyarəsinin qəzaya uğradığı yerdən görüntülər yayımlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, göyərtədə olan iki nəfər sağ qalıb və tibb işçilərinə təhvil verilib.
Qəza dünən saat 17:00 radələrində Moskva vilayətinin Serpuxov rayonunda baş verib.
Rusiya İstintaq Komitəsinin Qərb Departamenti bildirib ki, "Yüngül təyyarə Moskva vilayətinin Novinki-Beqiçevo kəndi yaxınlığındakı Novinki aerodromuna sərt eniş edib".
Qəzanın səbəbləri araşdırılır.
Departament tərəfindən dərc edilən görüntülərdə ağacların arasına səpələnmiş təyyarə qalıqları görünür.
Pilot və sərnişin vertolyotla çıxarılıb. Xilasedicilər onları və qəzaya uğramış təyyarəni qaranlıqda, bataqlıq ərazidə və sıx meşədə axtarmalı olublar.
Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında məlumat verib.O, həmçinin bildirib ki, Rosaviasiya hadisəni qəza kimi təsnif edib.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər