Bütün xəbərlər
Terrorçulara kömək etməkdə ittiham olunanlar həbs edilib
Tarix: 12-12-2025 17:52 | Bölmə: Karusel

Moskvada terror fəaliyyətinə kömək etməkdə ittiham olunan iki nəfər saxlanılıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva İstintaq Komitəsinin Telegram kanalında məlumat verilib.
İş üzrə təqsirləndirilən şəxslər 1977 və 1993-cü il təvəllüdlü iki kişidir. Müstəntiqlərin sözlərinə görə, onlar Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarları olublar. Kişilər dəfələrlə bu təşkilatın üzvlərinin hesablarına maliyyələşdirmək üçün pul köçürüblər.
Moskva İstintaq Komitəsinin müstəntiqləri və hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin fəaliyyətini dayandırıblar.Onlara ittiham irəli sürülüb.
"İstintaqın tələbi ilə məhkəmə təqsirləndirilən şəxslər üçün məhkəməyəqədər həbs qətimkan tədbiri seçib", - İstintaq Komitəsi yazır.
Təqsirləndirilən şəxslərdən birinin yaşayış yerində axtarış aparılıb. Orada sıxılmış hava balonları, pirotexnika vasitələri, gilizlər, 200 ədəd patron və istintaq üçün vacib olan digər əşyalar tapılıb. Onlar müsadirə edilib.
Hazırda hüquq-mühafizə orqanları şübhəlilərin digər cinayətlərdə iştirak edib-etmədiklərini araşdırır.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər