19:09 / 10-12-2025
Bazarda yanğın baş verib
Bütün xəbərlər
Polşadakı Rusiya səfirliyi: Saxlanılan Ermitaj işçisinin adı Aleksandr Butyagindir
Tarix: 11-12-2025 13:45 | Bölmə: Karusel

Polşada saxlanılan rusiyalı alim və Dövlət Ermitaj Muzeyinin əməkdaşının adı Aleksandr Butyagindir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaş RİA Novosti-yə bildirib.
Aleksandr Butyagin 4 dekabrda Polşa Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən saxlanılıb. Lakin Ordaş qeyd edib ki, Rusiya tərəfinə saxlanma barədə 9 dekabra qədər məlumat verilib.
"Polşa tərəfindən rəsmi məlumat gözləmədən, Polşa prokurorluğundan izahat və saxlanılan şəxslə görüş tələb etdik."O (Butyagin – red.) özünü yaxşı hiss edir və saxlanma şəraitindən heç bir şikayəti yoxdur", - deyə, Ordaş bildirib.
Əvvəllər xəbər verildiyi kimi, Butyagin Kiyev hakimiyyəti tərəfindən Krımda qanunsuz arxeoloji qazıntılar aparmaqda ittiham olunurdu.
RMF FM radiosunun məlumatına görə, alim "Krım mədəni irs obyektlərini məhv etməkdə" və 200 milyon qrivna (təxminən 4,7 milyon dollar) məbləğində ziyan vurmaqda ittiham olunur. Kiyevin tezliklə onun ekstradisiyasını tələb edəcəyi gözlənilir.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər