19:09 / 10-12-2025
Bazarda yanğın baş verib
Bütün xəbərlər
Modelin vəhşicəsinə döyülməsi ilə bağlı cinayət işi açılıb
Tarix: 10-12-2025 14:08 | Bölmə: Karusel

Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib ki, Kubanlı modelə hücumla bağlı Moskvada cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əvvəllər qadının Moskvada sirli şəraitdə yoxa çıxdığı bildirilirdi. Qohumları polisə təxminən iki həftədir ki, onunla əlaqə saxlaya bilmədiklərini bildirərək həyəcan təbili çalıblar.
Daha sonra 1992-ci il təvəllüdlü qadın Moskva xəstəxanasında tapılıb. Onun ağır vəziyyətdə və danışa bilmədiyi halda reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilib.
Aparılan araşdırmadan sonra qadının hücuma məruz qaldığı və vəhşicəsinə döyüldüyü məlum olub.
"İstintaq nəticəsində məlum olub ki, ehtimal ki, 22 noyabrda naməlum şəxs Universitetski prospektində yaşayan zərərçəkmişə bədən xəsarəti yetirib, sonra isə o, qaçıb", - deyə, mətbuat xidməti bildirib.
Zərərçəkmişin bu yaxınlarda kirayə götürdüyü mənzildə hüquq-mühafizə orqanlarının əməkdaşları onun pasportunu, telefonunu və əşyalarının olduğu açılmış çamadanları tapıblar.
Qəsdən ağır bədən xəsarəti yetirmə maddəsi ilə cinayət işi açılıb.
Polis hazırda hücumu törədən şəxsi axtarır. Hadisənin bütün halları araşdırılır.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər