Bütün xəbərlər
"An-22" təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb
Tarix: 09-12-2025 19:02 | Bölmə: Karusel

Rusiya Federasiyasının İstintaq Komitəsi İvanovo vilayətində "An-22" təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə agentliyin Telegram kanalında məlumat verilib.
İş uçuşa hazırlıq qaydalarının pozulması maddəsi ilə açılıb.
İstintaq Komitəsi yazıb: "Rusiya Federasiyasının İvanovo Qarnizonu üzrə İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsi "An-22 Antey" təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 351-ci maddəsi (uçuşa hazırlıq qaydalarının pozulması) əsasında cinayət işi açıb".
"An-22" təyyarəsi İvanovo vilayətinin İvanovo kəndi yaxınlığında sınaq uçuşu zamanı qəzaya uğrayıb. Hadisə yaşayış olmayan ərazidə baş verdiyindən yaşayış məntəqələrinə ziyan dəyməyib.Bəzi məlumatlara görə, təyyarə uçuşdan əvvəl təmir edilib.
İstintaq Komitəsinin məlumatına görə, heyət sağ qalmayıb.Hadisənin baş vermə səbəbləri araşdırılır.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər