Bütün xəbərlər
Sikorski bildirib ki, Dmitriyev və Mask Avropanı istismar etmək istəyirlər
Tarix: 07-12-2025 21:23 | Bölmə: Karusel

Amerikalı sahibkar Elon Mask və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropanı istismar etmək istəyirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib. O, X sosial media səhifəsində ABŞ milyarderi və RDIF rəhbərinin açıqlamalarını tənqid edib.
"Oliqarxlar Dmitriyev və Mask bizə hakim olmaq və istismar etmək üçün Avropanı bölmək istəyirlər", - Sikorski yazıb.
Bundan əvvəl Mask Avropa ölkələrinin suverenliyini bərpa edə bilməsi üçün Avropa Birliyinin dağılmasını təklif etmişdi. Dmitriyev həmçinin nəşrlərində ittifaqla bağlı bir neçə problemi vurğulayıb. Onun fikrincə, Avropa əhalisinin cinayətkarlıqdan, senzuradan və iqtisadi tənəzzüldən əziyyət çəkməsinə məhz Aİ-nin davakar bürokratları səbəb olub.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər